...

Hava nəqliyyatı ilə ölkəyə daxil olan təyyarə reyslərinin sayı açıqlanıb

Cəmiyyət Materials 28 Noyabr 2025 10:59 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayı ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi daxil olub.

Trend xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsini Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli həmin quruma təşkil olunan mediatur zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 6 ay ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi ilə 1 milyon 658 min 738 sərnişin daxil olub:

"Bu dövr ərzində, daşınan baqajın həcmi isə 1 milyon 305 min 239 ədəd təşkil edib. Eyni müddət ərzində ölkədən 12 331 təyyarə reysi ilə 1 milyon 597 min 9 sərnişin yola salınıb, daşınan baqajın sayı isə 1 milyon 177 min 893 ədəd olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti