...

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92%-in üzərindədir - Sadiq Əliyev

İqtisadiyyat Materials 28 Noyabr 2025 12:23 (UTC +04:00)
İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92%-in üzərindədir - Sadiq Əliyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı.Trend:

İşğaldan azad olunan ərazilərdə əhalinin məşğulluq səviyyəsi 92%-in üzərindədir.

Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad olunan ərazilərdə "Böyük Qayıdış" proqramı çərçivəsində əhalinin məşğulluğu ilə bağlı köçdən əvvəl məşğulluq imkanları yoxlanılır:

"Ötən dövr ərzində biz işğaldan azad edilmiş ərazilərdə "Məşğulluqdan məsgunlaşma" devizi altında fəaliyyətimizi həyata keçirmişik və orada məsgunlaşmış şəxslərin ilk öncə məşğulluq imkanları yoxlanır. Köçdən əvvəl onların məşğul imkanların qiymətləndirilməsini aparır, onların hansı peşələrə sahib olduqlarını öyrəndikdən sonra işğaldan azad edilmiş ərazilərdəki işə götürənlərimizin vakansiyaları barədə məlumatlar əldə edir, sonra məşğulluğun təmin olması istiqamətində işlər aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti