...

Gələcəkdə peşələr yox, bacarıqlar ön plana çıxacaq - İbrahim Oğuzhan Yıldırım

Cəmiyyət Materials 28 Noyabr 2025 13:22 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəyin peşələrinin nə olacağı barədə sadəcə əlimizdəki məlumatlar əsasında ehtimallar üzərindən danışa bilirik.

Trend xəbər verir ki, bunu Türkiyə İş Qurumunun (İŞKUR) baş direktor müavini İbrahim Oğuzhan Yıldırım Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində təşkil edilmiş "Peşələrin gələcəyi bizdən nə tələb edir?" adlı paneldə "Gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi" mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, gələcəyin peşələri texnoloji inkişafa, qlobal iqlim dəyişikliyinə, iqtisadi dəyişikliklərə uyğunlaşa bilən peşələr olacaq.

"Mühasibatlıq, tibbi məsləhətçi, hüquq məsləhətçisi kimi peşələrin sıradan çıxacağı düşünülür. 2024-cü ildə Türkiyə üzrə apardığımız araşdırma nəticələri gələcəkdə peşələr yox, bacarıqların ön plana çıxacağını deməyə imkan verir. Gələcəkdə klassik peşələrin sıradan çıxacağını düşünürük. Qlobal istiləşmə fonunda sadəcə rəqəmsallaşma yox, "yaşıl çevrilmə" də ön planda tutulmalı məsələrdir.

Gələcəyin peşələri hansılar olacaq? Bu suala dəqiq, konkret cavab vermək mümkün deyil. Biz sadəcə əlimizdəki məlumatlara əsasən ehtimallar üstündən danışa bilərik. Gələcəkdə sosial rifahın aşağı düşəcəyinə yox, əksinə yüksələcəyinə ümid edirik. Ən mühüm məqam dəyişikliklərə uyğunlaşa bilmək, gələcəkdəki dəyişikliklərə indidən hazır olmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti