...

Son 6 ayda aşkarlanan gömrük pozuntusu faktları açıqlanıb

Cəmiyyət Materials 28 Noyabr 2025 10:57 (UTC +04:00)
Son 6 ayda aşkarlanan gömrük pozuntusu faktları açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük yoxlamaları nəticəsində son 6 ayda 1234 inzibati xəta, 54 cinayət faktı müəyyən edilib.

Trend xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsini Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli həmin quruma təşkil olunan mediatur zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, bundan başqa, dövr ərzində ölkəyə 261 412 ABŞ dolları, 21 728 avro və 100 000 funt sterling pul vəsaitlərinin qeyri-leqal yolla keçirilməsinin qarşısı alınıb: "Eyni zamanda son 6 ayda 145 qutu güclü təsiredici dərman 1520 konvolyut dərman preparatı, 11 520 ədəd siqaret, 17 kiloqram balıq kürüsü, 1185 ədəd mobil telefonun ölkəyə keçirilməsinin qarşısı alınıb".

"Zərgərlik məlumatları üzrə isə son 6 ayda 1337 karat brilliant, 1544 qram qızılın ölkəyə qeyri-leqal yolla keçirilməsi faktı aşkarlanıb", - DGK rəsmisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti