...

Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 28 Noyabr 2025 13:11 (UTC +04:00)
Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüş keçirib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı hər iki ölkənin iqtisadiyyatında baş verən yeniliklər və son dövrlərdə həyata keçirilən islahatlar barədə ətraflı fikir mübadiləsi aparılıb. Bank və sığorta sektorlarında inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası, nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət prosesində tətbiqi geniş müzakirə edilib. Bundan əlavə, sığorta sektorunda yeni yanaşmalar və innovativ həllərin tətbiqi ilə bağlı təcrübələr bölüşülüb.

Görüşdə həmçinin Azərbaycan və Çin maliyyə nəzarəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Bank və sığorta sektorları arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilərək hər iki tərəfin bu əməkdaşlığın inkişafında maraqlı olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti