...

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydası təsdiqlənib

Cəmiyyət Materials 28 Noyabr 2025 12:38 (UTC +04:00)
Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydası təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləyənlərə standart əməliyyat prosedurlarına dair təlimlərin keçirilməsi qaydası təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən, təlimlər Azərbaycan Respublikasının ərazisində minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərin (bundan sonra – Sifarişçilər) müraciətləri əsasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) tərəfindən keçirilir.

Minatəmizləyənlərə təlimlərin keçirilməsi bu sahədə insan kapitalının inkişafı üçün metodoloji və təcrübi biliklərin tədrisini nəzərdə tutur. Təlimlər əyani formada nəzəri və təcrübi üsullardan istifadə edilməklə keçirilir.

Bundan başqa sifarişçilər funksional fəaliyyətini yerinə yetirmək məqsədilə işçilərinin bilik, bacarıq və vərdişlərinin artırılması üçün onların təlim ehtiyaclarını müəyyən edirlər və növbəti il üçün təlim ehtiyaclarını hər il dekabrın 15-dək Agentliyə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti