Bakı. Trend:
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekunlarına dair Kommünike qəbul olunub.
Trend xəbər verir ki, TDT üzv dövlətlərin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin növbəti toplantısı Astanada keçiriləcək.
Xatırladaq ki, noyabrın 27-də Bakıda TDT-nin media və informasiya üzrə İşçi Qrupunun 12-ci toplantısı və təşkilata üzv ölkələrin media və kommunikasiya sahəsində əməkdaşlığının gücləndirilməsinə yönəlmiş media forumu baş tutub.
Toplantıda TDT-nin Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Media İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyənin Kommunikasiya İdarəsinin sədr müavini Fərhad Pirinçi, Özbəkistanın Prezident Administrasiyası yanında KİV üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov və Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu çıxış edib.
