...

Tailandda daşqın qurbanlarının sayı 110 nəfərə çatıb

Dünya xəbərləri Materials 28 Noyabr 2025 10:52 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandın cənubunda yerləşən Hatyay şəhərində daşqın qurbanlarının sayı 110 nəfərə çatıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində həlak olanlar arasında yerli xəstəxananın pasiyentləri də yer alır. Son bir neçə gündə Hatyayda su səviyyəsi nisbətə aşağı düşüb ki, bu da xilasedicilərin zərərçəkənləri təxliyə etməsinə və axtarış-xilasetmə tədbirlərini aktivləşdirməsinə imkan verib.

Təbii fəlakət fəsadlarının aradan qaldırılması və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı tədbirlərə Tailandın hərbi dəniz qüvvələrinin əsgərləri cəlb olunub. Daşqınlar ümumilikdə 2 milyona yaxın insana zərər vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti