...

Gömrükdə gün ərzində hava nəqliyyatı ilə gətirilən 685 ton yük emal olunur - DGK nümayəndəsi

İqtisadiyyat Materials 28 Noyabr 2025 11:41 (UTC +04:00)
Gömrükdə gün ərzində hava nəqliyyatı ilə gətirilən 685 ton yük emal olunur - DGK nümayəndəsi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunda ölkəyə idxal, ixrac və tranzit daşınan yüklərin gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Trend xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə həmin quruma təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Logistika Mərkəzi ölkə ərazisinə idxal edilən, ixrac olunan, eləcə də tranzit və transfer yüklərinə gömrük nəzarətini təmin edir:

"Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi (ARAS) vasitəsilə aparılır. ARAS sistemi yüklərin yoxlanışa cəlb olunmasını xüsusi indikatorlar əsasında müəyyən edir.

Yoxlamalar zamanı yüklərin qanunvericiliyə uyğunluğu araşdırılır. Uyğunluq təsdiqləndikdən sonra yüklər ölkəyə buraxılır, pozuntu halları aşkar edildikdə isə müvafiq tədbirlər görülür".

R. Mahmudzadə bildirib ki, Logistika Mərkəzi Gömrük postunda sutka ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton tranzit-transfer yükü gömrük rəsmiləşdirilməsindən keçirilir.

"İdxal, ixrac və tranzit yüklər əsasən hava daşıyıcıları vasitəsilə gətirilir. Daşınan yüklərin əsas istiqamətləri ABŞ, Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləridir", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti