...

TDT-nin beynəlxalq aktora çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik - Ömər Kocaman

Cəmiyyət Materials 28 Noyabr 2025 11:47 (UTC +04:00)
TDT-nin beynəlxalq aktora çevrilməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik - Ömər Kocaman
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Türk Dövlətləri Təşkilatının Bakıda keçirdiyi informasiya sahəsinə dair yüksək səviyyəli rəsmilərin toplantısını az öncə yekunlaşdırdıq və 2026-cı ildə Türk Dövlətləri Təşkilatının hansı sahələrdə, hansı addımları atacağına dair qərarı hamımız birlikdə yekdilliklə imzaladıq.

Trend xəbər verir ki, bunu TDT baş katibinin müavini Ömər Kocaman bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonrakı mərhələdə Bakıda həyata keçirilən bu ev sahibliyi çərçivəsində Azərbaycan Respublikasının ortaya qoyduğu qərarların effektiv şəkildə icrası qalır.

“Başda Azərbaycanın ev sahibliyi olmaqla Türk Dövlətləri Təşkilatına üzv ölkələrin demək olar ki, hamısında informasiya və kommunikasiya sahəsində oxşar yanaşmalar mövcuddur. Bütün üzv dövlətlərin nazirləri və yüksək səviyyəli nümayəndələri demək olar ki, eyni məqamlara diqqət çəkdilər. Bu mövzuların başında media savadlılığı, dezinformasiya ilə mübarizə və məlumatın düzgün şəkildə paylaşılması dayanır”.

Ö.Kocaman qeyd edib ki, biz Türk Dövlətləri Təşkilatı və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq, informasiyanın düzgün şəkildə geniş kütlələrə çatdırılması üçün Türk Dövlətləri Təşkilatının təsirli regional aktordan çıxaraq beynəlxalq aktora çevrilməsi istiqamətində kommunikasiya sahəsində üzərimizə düşən vəzifələri yerinə yetirəcəyimizi bildirdik.

“Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq da buna dair bütün töhfələri verəcəyik”,-deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti