...

MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan sabiq rəisinin məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 28 Noyabr 2025 14:12 (UTC +04:00)
MN-nin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs olunan sabiq rəisinin məhkəmə prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Müdafiə Nazirliyinin "İstirahət evi"nin rüşvət ittihamı ilə həbs edilən sabiq rəisi, mayor İlham Haqverdiyevin barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib. Barəsində qanun çərçivəsində tədbirlərin görülməsi məqsədilə araşdırma materialları aidiyyəti üzrə Hərbi Prokurorluğa təqdim edilib. İlham Haqverdiyevin barəsində Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti