...

Azad edilmiş iki rayonda elektrik təsərrüfatı 11 milyon manata yenidən qurulacaq

İqtisadiyyat Materials 28 Noyabr 2025 15:18 (UTC +04:00)
Azad edilmiş iki rayonda elektrik təsərrüfatı 11 milyon manata yenidən qurulacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərində elektrik təsərrüfatı üzrə yenidənqurma işləri aparılacaq.

Trend-in məlumatına görə, daxili və xarici elektrik təchizatının tam yenidənqurulması işləri Ağdərənin Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərini əhatə edəcək.

Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərin icrasını yekunlaşdırıb.

"Şans Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 10,9 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 215 010 manat olan şirkətin qanuni təmsilçisi Orucov Vüqar Bayram oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti