...

“Clean Energy Capital” MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb

Energetika Materials 28 Noyabr 2025 18:02 (UTC +04:00)
“Clean Energy Capital” MMC ilə dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi ilə “Azerbaijan Green Energy Company” MMC-nin törəmə müəssisəsi olan “Clean Energy Capital” MMC şirkəti arasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsinə dair İcra Müqaviləsi imzalanıb.

Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Bildirilir ki, İcra Müqaviləsi çərçivəsində ilkin mərhələdə 200 MVt olmaqla, ümumilikdə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

İcra Müqaviləsinə uyğun olaraq “Clean Energy Capital” MMC Xəzər dənizində müəyyən olunmuş su obyektində tədqiqatlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti