Bakı. Trend:
"Qalatasaray" Argentina millisinin sabiq üzvü Paulo Dibalanı heyətinə qatmağı planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə çempionu argentinalı üçün danışıqlara başlayıb.
"Qalatasaray" Dibalanın istədiyi maaşı verməyə hazırdır. 32 yaşlı futbolçunun "Roma" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, “İnstituto”(Argentina), “Palermo”, “Yuventus”(hər ikisi İtaliya) klublarında oynadıqdan sonra 2022-ci ildə “Roma”ya keçib.