...

La Liqa klubu 72 yaşlı məşqçi ilə müqavilə imzalayıb

İdman Materials 28 Noyabr 2025 19:48 (UTC +04:00)
La Liqa klubu 72 yaşlı məşqçi ilə müqavilə imzalayıb

Bakı. Trend:

İspaniyanın "Betis" klubu baaş məşqçi Manuel Pelleqrini ilə yola davam edəcək.

Trend xəbər verir ki, La Liqa təmsilçisi çilili mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

Məlumata görə, 72 yaşlı çalışdırıcı ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Manuel Pelleqrini 2020-ci ilin avqust ayında "Betis"in baş məşqçisi vəzifəsinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti