...

Vergi orqanlarına müraciətlər 16%-dən çox azalıb

İqtisadiyyat Materials 28 Noyabr 2025 20:20 (UTC +04:00)
Vergi orqanlarına müraciətlər 16%-dən çox azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabr ayı ərzində vergi orqanlarına ümumilikdə 44.757 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz azdır. Müraciətlərin 95,2 faizi ərizə, 4,7 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata əsasən, daxil olmuş müraciətlərdən 66,9 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 faizi həll olunub, 29,2 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər məsələlərlə bağlı olub.

2025-ci ilin oktyabr ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 48 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti