...

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlər artıb

İqtisadiyyat Materials 28 Noyabr 2025 19:19 (UTC +04:00)
Azərbaycanda mikro sahibkarlığa verilən kreditlər artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,442 milyard manat təşkil edib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə 24,3 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə 418,3 milyon manat və ya 13,8% çoxdur.

Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,418 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 3,024 milyard manat idi.

Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%, ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud 6,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti