Bakı. Trend:
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) Əfqanıstan da daxil olmaqla, 19 "narahat ölkədən" gələn xarici vətəndaşların yaşıl kartlarını yenidən yoxlayacaq.
Trend ölkənin yerli KİV-lərinə xəbər verir ki, bu barədə USCIS direktoru Cozef Edlou sosial media hesabında bildirib.
O, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə narahatlıq doğuran ölkələrdən olan bütün xarici vətəndaşların yaşıl kartlarının tam və hərtərəfli yoxlanması barədə tapşırıq verdiyini vurğulayıb.
Bu qərar, ABŞ Milli Qvardiyasının iki əsgərinin Ağ Ev yaxınlığında güllələnməsindən bir gün sonra verilmişdir. Şübhəli şəxs, Əfqanıstan vətəndaşı olaraq 2021-ci ildə ABŞ-yə daxil olub.
