...

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 23:28 (UTC +04:00)
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılacaq gümüş füçerslərinin qiyməti ilk dəfə olaraq bir troya unsiyasına görə 55 dolları keçərək rekord həddə çatıb.

Trend xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübut edir.

Məlumata görə, axşam saatlarında qiymətlər 5,09% artaraq, 56,335 dollara çatıb.

Qeyd edək ki, ilin əvvəlindən gümüş 85%-dən çox bahalaşıb. Qiymətlərin artması ABŞ mərkəzi bankının pul siyasəti ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti