...

Almaniya 2026-cı il üçün dövlət büdcəsini təsdiqləyib

Dünya xəbərləri Materials 28 Noyabr 2025 22:49 (UTC +04:00)
Almaniya 2026-cı il üçün dövlət büdcəsini təsdiqləyib

Bakı. Trend:

Almaniya 2026-cı ilin dövlət büdcəsini təsdiqləyib.

Trend xəbər verir ki, gələn ilin xərcləri təxminən 524,5 milyard avro olacaq ki, bu da cari illə müqayisədə 21,5 milyard avro artım deməkdir.

Büdcədə Ukraynaya rekord səviyyədə — 11,5 milyard avro maliyyə dəstəyi ayrılması planlaşdırılır.

2026-cı ildə müdafiə xərcləri də artırılacaq və təxminən 108 milyard avroya çatacaq. Bu, soyuq müharibənin bitməsindən bəri ən yüksək rəqəmdir. Ayrılan vəsait əsasən hərbi texnika və sursat alınmasına yönəldiləcək, onların əhəmiyyətli qismi isə kreditlər hesabına maliyyələşdiriləcək.

Ukraynaya nəzərdə tutulan 11,5 milyard avro dronların, zirehli nəqliyyat vasitələrinin, digər silahların tədarükünə və artilleriya ehtiyatlarının artırılmasına sərf ediləcək. Müdafiə Nazirliyi bunun indiyədək Almaniya büdcəsində Ukrayna üçün ayrılan ən böyük paket olduğunu bildirib.

Xərclərin ödənilməsi üçün əsas büdcə çərçivəsində təxminən 98 milyard avro borc götürüləcək. Bu məbləğ silahlı qüvvələr və infrastruktur üçün xüsusi fondlardan ayrılan kreditlərlə tamamlanacaq. Nəticədə yeni borcun ümumi məbləğinin 180 milyard avronu keçəcəyi gözlənilir. Buna baxmayaraq, borcun məhdudlaşdırılması qaydalarına əməl olunacağı bildirilir. Yazda qəbul edilən yumşaldıcı qərarlar bunu mümkün edib.

Xəbər lenti

Xəbər lenti