Bakı. Trend:
Sabiq millət vəkili, “Milli Şura”nın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında məlumat yayıb.
Hacıbəyli bildirib ki, İstanbulda polis idarəsinə aparılıb və böyük ehtimalla Azərbaycana deportasiya olunacağı gözlənilir.
“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər. Polisdən gəliblər, məni həbsxanaya aparırlar. Heç bir səbəb yoxdur. Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var”, – deyə o qeyd edib.
