...

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vurur

Mədəniyyət Materials 29 Noyabr 2025 13:43 (UTC +04:00)
Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vurur
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 29-30 noyabr tarixlərində Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub.

Bağlanış tədbirlərində ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan nümayəndələr iştirak edirlər.

İki gün ərzində Laçın şəhərinə ekskursiya təşkil olunacaq, dəyirmi masa, konsert proqramı və rəsmi bağlanış mərasimi keçiriləcək.

Bununla da, Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti