Şri-Lankada fövqəladə vəziyyət elan edilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 29 Noyabr 2025 14:50 (UTC +04:00)
Şri-Lankada fövqəladə vəziyyət elan edilib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı. Trend:
Şri-Lanka prezidenti Anura Kumara Dissanayake “Ditva” tropik siklonunun yaratdığı fəsadlarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Prezidentin sərəncamına əsasən, bunda məqsəd xilasetmə və humanitar yardımla bağlı əməliyyatların əlaqələndirmə prosesini sürətləndirməkdir.

xxx

11:00

Şri-Lankada “Ditva” tropik siklonunun qurbanlarının sayı 123 nəfərə çatıb .

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ölənlərdən başqa, 130 nəfərin adı itkin düşmüş şəxslərin siyahısına salınıb.

Ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzinin məlumatına əsasən, siklonun fəsadları ümumilikdə 373,428 nəfərə zərər vurub.

43 mindən çox insan ölkədə yaradılmış 488 müvəqqəti sığınacağa təxliyə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti