...

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Gündəm Materials 2 Yanvar 2022 13:12 (UTC +04:00)
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında нanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 4-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında havanın yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək, 4-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 2-4-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti