...

Ağstafada partlayış olub, 2 nəfər ölüb

Gündəm Materials 22 Aprel 2023 21:43 (UTC +04:00)
Ağstafada partlayış olub, 2 nəfər ölüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

"Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxlərin Ağstafa rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti