...

Ermənistan ordusu aclıq çəkir: Adambaşına həftəyə yarım ədəd sosis düşür

Gündəm Materials 30 Avqust 2023 11:34 (UTC +04:00)
Ermənistan ordusu aclıq çəkir: Adambaşına həftəyə yarım ədəd sosis düşür
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ordusunda müqavilə üzrə xidmət göstərən erməni zabit sözün hərfi mənasında aclıq çəkən ordunun acınacaqlı vəziyyətindən bəhs edib.

Trend çərşənbə günü xəbər verir ki, hərbi qulluqçu "Hraparak" erməni qəzetinə müsahibəsində orduda qida ilə bağlı kəskin problemin olduğunu və bununla bağlı şikayətlər əsasında aparılan yoxlamaların nəticə vermədiyini bildirib.

"Qida ilə bağlı hər yerdə problem var. Məsələn, biz həftədə yarım kiloqramdan bir az artıq sosis alırıq və onu 11 nəfər arasında bölmək lazımdır. Necə bölək? Yarım kiloqram 5-6 ədəd sosisdir, belə alınır ki, hərəyə həftədə yarım ədəd sosis düşür. Yaxud konservlər gətirirlər. Açırsan, içərisində istiotlu sıyıqdır, bir tikə ət yoxdur. Yaxud da içərisində ət olan bankanı açırıq, qoxusu və dadı elədir ki, heç bir qaşıq belə yemək mümkün deyil. Aldığımız çörək ertəsi gün turşuyur", - zabit deyib.

Niyə şikayət etmədikləri ilə bağlı suala isə zabit cavab olaraq bildirib ki, şikayətlər olunur və yetərincə çoxdur. Lakin yoxlama aparanlar gəlir, pozuntuları qeydə alır və gedirlər, müfəttişlərin isə mövqelərdə qidaları yoxlamaq hüququ yoxdur.

"Onlar hərbi hissənin yalnız hər şeyin yaxşı olduğu yeməkxana hissəsinə daxil olurlar", - deyə o aydınlıq gətirib.

Beləliklə, separatçıların Qarabağda "humanitar faciə" və "aclıq" iddialarını fəal şəkildə dəstəkləyən Ermənistan öz ordusundakı həqiqi aclıq barədə düşünsə yaxşı olardı.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti