...

Bakıda metro stansiyasına bomba qoyulması xəbəri təsdiqini tapmayıb

Hadisə Materials 6 Aprel 2011 13:00 (UTC +04:00)
Bakı Metropoliteninin Məşədi Əzizbəyov stansiyasına partlayıcı qurğu qolyulması barədə məlumat təsdiqini tapmayıb.
Bakıda metro stansiyasına bomba qoyulması xəbəri təsdiqini tapmayıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Metropoliteninin Məşədi Əzizbəyov stansiyasına partlayıcı qurğu qolyulması barədə məlumat təsdiqini tapmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məşədi Əzizbəyov stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat alan nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilərin hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyasının ərazisində şübhəli əşya aşkar olunmayıb.

Xəbər lenti

Xəbər lenti