...

Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb (VİDEO)

Hadisə Materials 20 Aprel 2012 18:38 (UTC +04:00)
Bu gün Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb (VİDEO)

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İsabalayeva, K.Zərbalıyeva/

Bu gün Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından Trend-ə verilən məlumata görə, xəstəxanaya 10 nəfər yerləşdirilib.

Onların şəxsiyyəti müəyyənləşdirilib. Onlar 30 yaşlı Əliyeva Naibə, onun 6 yaşlı qızı Əlizadə Azərin, 3 yaşlı oğlu Əlizadə Ümid, 35 yaşlı Xasıyeva Könül, 18 yaşlı Əhmədli Əsli, 35 yaşlı Abduyev İlqar, 51 yaşlı Sofiyev Hacımurad, 16 yaşlı Rəcəbli Nərmin, 17 yaşlı Bədirli Minayə, 20 yaşlı Əhmədova Hicrandır.

Xəstələr müxtəlif dərəcəli sınıq xəsarətləri alıblar, vəziyyətləri orta ağır qiymətləndirlir.

Klinik Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, 4 yaşlı Abbaslı Cavidan tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanada müalicə olunan 1957-ci il təvəllüdlü Nahidov Eldar Vahid oğludur. Həmin şəxsin ayağı amputasiya olunub.

Bu gün günün ikinci yarısında "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında "Mercedes" markalı sərnişin avtobusu "Kamaz" markalı yük maşını ilə toqquşub və aşıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev Trend-ə bildirib ki, qəza zamanı 2 nəfər ölüb. Birliyin şöbələrinə 2 meyit daxil olub. Onlardan biri yaşlı qadındır. Onun şəxsiyyətini müəyyənləşdirmək hələ mümkün olmayıb.

Şahidlərin Youtube-dakı videokadrlarından istifadə edilib

Video Player
Xəbər lenti

Xəbər lenti