...

Dustağa gətirilən xurmadan heroin çıxdı (FOTO)

Hadisə Materials 4 Dekabr 2017 18:32 (UTC +04:00)
İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Dustağa gətirilən xurmadan heroin çıxdı (FOTO)

Bakı. Samir Əli - Trend:

Penitensiar xidmətin Baş idarəsinin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 228.2.1, 307.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Bayramov Elşən Mahal oğluna atası Gəncə şəhər sakini Bayramov Mahal Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti