...

12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamına 9 il cəza verildi

Hadisə Materials 28 Mart 2018 17:38 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.
12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamına 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə qarşı məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə C.Canıyev 9 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror C.Canıyevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, iş adamı C.Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb. C.Canıyev ümumilikdə, 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti