...

Gədəbəydə silah-sursat tapılıb (FOTO)

Hadisə Materials 5 Mart 2020 19:12 (UTC +04:00)
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gədəbəy rayonu ərazisində yerləşən “Dərman bulağı” adlanan ərazidə içərisində döyüş sursatı və ov silahı güman olunan kisənin tapılması barədə məlumat daxil olub.
Gədəbəydə silah-sursat tapılıb (FOTO)

Bakı. Trend:

2020-ci il 05 Mart tarixində saat 10:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gədəbəy rayonu ərazisində yerləşən “Dərman bulağı” adlanan ərazidə içərisində döyüş sursatı və ov silahı güman olunan kisənin tapılması barədə məlumat daxil olub.

Agentlikdən Trend-ə verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “HALİFAX” markalı ov tüfəngi, 1 ədəd “İJ SPL” markalı tapança, 151 ədəd müxtəlif çaplı patronlar və 2 ədəd avtomat darağı (boş) aşkar olunmuş, tüfəng və tapança ballistik və trasoloji ekspertiza üçün Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilmiş, hərbi təyinatlı əşyalar isə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti