Bakı. Trend:
Nizami rayonunun Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 19-da saat 20 radələrində paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və hadisə yerində ölüb.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.