...

Tramp sığınacaq üçün edilən müraciətlər üzrə fasilənin limitsiz ola biləcəyini bildirib

Dünya xəbərləri Materials 1 Dekabr 2025 05:02 (UTC +04:00)
Tramp sığınacaq üçün edilən müraciətlər üzrə fasilənin limitsiz ola biləcəyini bildirib

Bakı. Trend:

Sığınacaq müraciətləri ilə bağlı bütün qərarlara tətbiq edilən fasiləsinin vaxt məhdudiyyəti yoxdur.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. O, bunun uzun müddət çəkə biləcəyini istisna etməyib.

"Biz bu insanları istəmirik. Bizim kifayət qədər problemimiz var. Onlar bizə dost olmayan ölkələrdən olan insanlardır. Düşünmürəm ki, onlar hamısı üçüncü dünya ölkələridir, amma bir çox hallarda bu, belədir. Onlar yaxşı ölkələr deyil. Onlar cinayətkarlıqla dolu ölkələrdir”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti