Bakı. Trend:
1991-ci ildən bəri ilk dəfə Norveç çempionu "Vikinq" olub. Komanda 71 xal toplayaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Trend xəbər verir ki, "Bude-Qlimt" bir xal geri qalıb və ikinci yeri tutub. 30-cu turda "Vikinq" "Volerenga"nı 5:1 hesabı ilə məğlub edib.
"Bude-Qlimt" isə mövsümün son oyununda "Fredrikstad" üzərində böyükhesablı qələbə qazanıb (5:0).
