...

"Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib (YENİLƏNİB)

Cəmiyyət Materials 1 Dekabr 2025 08:48 (UTC +04:00)
"Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib (YENİLƏNİB)

Bakı. Trend:

“Nərimanov” elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda “Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib.

Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.

Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik", - məlumatda bildirilib.

XXX

07:40

“Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.

Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.

Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.

Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - məlumatda bildirilib.

XXX

07:22

“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr var.

Trend xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Həmçinin “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşmışdır.

Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır.

Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq.

Sərnişinlərimizdən yaranmış narahatlığa görə üzr istəyir, vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti