Bakı. Trend:
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof bazar ertəsi günü Moskvaya səfər edəcək.
Trend xəbər verir ki, onun Rusiya Prezident Vladimir Putinlə görüşməsi gözlənilir. Səfər Dövlət katibi Marko Rubio və Cared Kuşnerin Floridada yüksək səviyyəli Ukrayna nümayəndə heyəti ilə görüşməsindən bir gün sonraya təsadüf edir.
Səfər zamanı Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı ABŞ-ın irəli sürdüyü sülh planı müzakirə ediləcək.