...

ABŞ-da 8 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib

Dünya xəbərləri Materials 1 Dekabr 2025 03:39 (UTC +04:00)
ABŞ-da 8 mindən çox uçuş təxirə salınıb və ya ləğv edilib

Bakı. Trend:

ABŞ-da müşahidə olunan əlverişsiz hava şəraiti nəticəsində ən azı 8 min aviareys ya ləğv olunub, ya da gecikib.

Trend xəbər verir ki, ixtisaslaşmış "FlightAware" portalının məlumatlarını "CBS News" telekanalı yayıb.

Bildirilib ki, noyabrın 30-da 7 460 reys gecikib, 664 uçuş isə ləğv edilib.

Meteoroloqlar əvvəlcədən bir sıra ABŞ ştatlarında qar və soyuq hava şəraitinin olacağı barədə xəbərdarlıq ediblər. "CBS News" qeyd edib ki, ən çox ləğv və gecikmə halları Boston (Massaçusets), Detroit (Miçiqan), Minneapolis (Minnesota), Nyu-York və Çikaqo (İllinoys) hava limanlarında qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti