Bakı. Trend:
Ağdaş rayonunun Qarağan Sədi kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 5 m² sahədə əriyib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.