...

Xaçmazda iki avtomobil toqquşub, 1 nəfər ölüb

Hadisə Materials 19 İyun 2020 18:36 (UTC +04:00)
Xaçmazda iki avtomobil toqquşub, 1 nəfər ölüb

Bakı. Trend:

Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 18-də saat 18 radələrində Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində kənd sakini A.Qadaşovun idarə etdiyi “Mercedes” və Qoçaqlı kənd sakini A.Nurəhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşüb. Nəticədə A.Nurəhmədov və sərnişini olan atası Şahvələd xəstəxanaya yerləşdiriliblər. Ş.Nurəhmədov orada ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti