...

Şəmkirdə birmərtəbəli ev yanıb

Hadisə Materials 4 Sentyabr 2020 23:47 (UTC +04:00)
Şəmkirdə birmərtəbəli ev yanıb

Bakı. Trend:

Şəmkir rayonunun Yeniabad kəndində ümumi sahəsi 196 m² olan birmərtəbəli evin 1 otağının və aynabəndinin tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti