...

Bərdə rayon sakinindən heroin aşkar edilərək götürülüb

Hadisə Materials 6 Yanvar 2022 10:52 (UTC +04:00)
Bərdə rayon sakinindən heroin aşkar edilərək götürülüb

Bakı. Fərid Zöhrabov - Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Anar Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti