...

Ermənistan Azərbaycan hərbi əsirini azad edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Fevral 2008 16:55 (UTC +04:00)
Ermənistan Azərbaycan hərbi əsirini azad edib

Ermənistan Azərbaycan hərbi əsiri Samir Nazim oğlu Məmmədovu azad edib. "2008-ci ilin yanvarında bəzi beynəlxalq təşkilatların vasitəçiliyi və yardımı ilə "İrəvan Kentron" İslah Əmək Düşərgəsindən Azərbaycanlı hərbi əsir azad edilib və Avropa ölkələrindən birinə göndərilib" - deyə cümə günü "Novosti-Armeniya" Agentliyinə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətiindən məlumat verilib.

O, 2006-cı il dekabrın 24-də əsir düşüb.

Azərbaycanın Müdafiə Nazirliyndən Samir Məmmədovun üçüncü ölkəyə verildiyi barədə məlumata malik olduqları və bununla bağlı tədqiqatın aparıldığını bildiblər.

Xəbər lenti

Xəbər lenti