...

Qəbələ rayonunun Nic qəsəbəsində 180 donuz afrika taunu xəstəliyindən ölüb

Siyasət Materials 3 Fevral 2008 17:15 (UTC +04:00)
Qəbələ rayonunun Nic qəsəbəsində 180 donuz afrika taunu xəstəliyindən ölüb

Azərbaycan, Qəbələ. 3 fevral / müxbir Trend E.Quliyev/ Qəbələ rayonunun Nic bazarının fəaliyyəti dayandırılıb. Nic qəsəbə bazarının direktoru Elxan Qəribovun bazar günü Trend in bölgə müxbirinə verdiyi məlumata görə, Qəbələ rayon Icra Hakimiyyəti başçısının 1 fevral sərəncamı ilə bazarın fəailiyyətinə qadağa qoyulub.

Qəribovun sözlərinə görə sərəncamda əsas kimi qəsəbədə donuzlar arasında afrika taunu xəstəliyinin yayılması göstərilir. Bazar direktoru 300 illik tarixi olan Nic həftə bazarına 5 qonşu rayondan kənd təsərrüfatı mallarının gətirildiyini və sakinlərin 80%-nin gəlirlərinin bu bazardan gəldiyini bildirdi.

Qəsəbənin baş baytar həkimi Səmikin Balasamovun bildirdiyinə görə yanvarın 28-dən bu günə qədər xəstəlikdən ölən donuzların sayı 180-ə catıb. Onun bildirdiyinə əsasən karantin təlimatına görə karantin elan olunan ərazidəki bütün heyvanlar məhv edilməlidir.

Qəsəbə sakinləri məhv edilən hər bir heyvana görə kompensasiya verilməsini tələb edir. Qəsəbə icra numayəndəsi Vidadi Mahmudov əhaliyə kompensasiya verilməsi barədə heç bir melumatı olmadığını bildirdi.

Qəbələ respublikanın şimal-qərbində, paytaxtdan 248 km məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti