...

Rusiya Kosovonun müstəqil olacağı ilə barışmalıdır-rusiyalı ekspert

Siyasət Materials 5 Fevral 2008 17:47 (UTC +04:00)

Rusiya, Moskva, 05 fevral/ Trend , müxbir R.Ağayev/ Kosovo yaxın gələcəkdə müstəqil dövlət olacaq və Rusiya bunu qəbul etməyə məcburdur. "Kosovo istənilən halda, yaxın vaxtlarda müstəqil dövlət olacaq, Rusiya isə bütün bu proseslərə uyğunlaşmağa məcburdur", - Strateji Modelləşdirmə Mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk bildirib.

"Rusiya dəyişən vəziyyətə uyğunlaşmalıdır. Belə ki, neft-qazdan başqa təsir vasitəsi, demək olar ki, yoxdur", - çərşənbə axşamı Trofimçuk Trend -ə bildirib.

Avropa İttifaqı Kosovoya mülki missiya göndərməyə və muxtariyyətdəki vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Bu barədə bazar günü Genişlənmə üzrə avrokomissar Olli Renin müsahibəsinə əsaslanaraq, Belqradın informasiya agentlikləri məlumat yayıblar. "Biz mülki missiyanın yerləşdirilməsi vasitəsilə hüquqi ağalığın qurulmasının reallaşdırılması prosesində məsuliyyətin bir hissəsini öz üzərimizə götürməyə, həmçinin, Kosovda beynəlxalq mülki missiyaya yardım etməyə hazırıq", - materialda Renin sözləri sitat gətirilir.

Trofimçuk missiya ilə əlaqədar olaraq prosesinin özünün, hər hansı bir missiya və ya onların iştirakçıları olmadan inkişaf edəcəyini bildirib. "Bütün bu missiyalar onsuz da kifayət qədər aydın olan prosesi tam qanuniləşdirmək üçündür. Kosovo isə, yaxın vaxtlarda müstəqil olacaq. De-yure və ya de-fakto - bu artıq başqa, tam prinsipial olmayan məsələdir və çox güman ki, Rusiya bu məsələdə heç bir şey edə bilməyəcək", - Trofimçuk yekunlaşdırıb.

"Rusiyanın bu və ya digər formada Serbiyada iştirakı bütün prosesin inkişafında, həmçinin, Kosovoda Aİ-nin mülki missiyasının yerləşdirilməsində qətiyyən öz əksini tapmayacaq"- ekspert əlavə edib.

Kosovo son zamanlar etnik çoxluğa albanların malik olduğu tarixi serb diyarıdır. Kosovo rəsmi olaraq Serbiya və Çernoqoriyanın tərkibindədir. Lakin Serbiya ikimilyonluq əhaliyə malik əyalətin idarə edilməsində heç bir rol oynamır. Kosovoda öz hakimiyyətləri, güc strukturları, valyuta (avro və dollar), vergilər və rüsumları var. Hava məkanı və Kosovo tərəfdən dövlət sərhədi də Belqrada tabe deyil. BMT TŞ -nin 1244 saylı Qətnaməsinə əsasən, Kosovo Serbiyanın tərkibindən Yuqoslaviyanın (hazırda Serbiya və Çernoqoriyanın dağılmaqda olan dövlət birliyi) tərkibinə keçib. 1999-cu ilin yayından Kosovo Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq, BMT və NATO-nun tabeçiliyindədir.

Xəbər lenti

Xəbər lenti