...

Prezident İlham Əliyev "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"yə dəyişikliklərə dair qanunun tətbiqi ilə bağlı sərəncam verib

Siyasət Materials 11 Fevral 2008 22:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanunun tətbiqi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb prezidentə təqdim etsin. Habelə Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə dövlət başçısına məlumat versin, öz səlahiyyətləri daxilində "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti