...

Tacikistan Azərbaycanda səfirlik açacaq

Siyasət Materials 13 Fevral 2008 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir S.Ağayeva/ Tacikistan yaxın vaxtlarda Azərbaycanda səfirlik açmağı planlaşdırır. Rəsmi Düşənbə artıq bu vəzifəyə səfir təyin edib. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı Tacikistan XİN rəhbərinin müavini A.Yuldoşev məlumat verib.

Tərəflər həmçinin Azərbaycan ilə Tacikistan arasında birbaşa aviareyslərin açılması məsələsini də müzakirə ediblər. Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, Bakı və Düşənbə səfirlik və aviareyslərin açılmasının ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcəyinə əmindir.

Xəbər lenti

Xəbər lenti