...

Xocalı faciəsinin qurbanları İsraildə ilk dəfə yad ediləcək

Siyasət Materials 17 Fevral 2008 10:20 (UTC +04:00)
Xocalı faciəsinin qurbanları İsraildə ilk dəfə yad ediləcək

İsrail, Qüds, 17 fevral / Trend müxbir R.Abdullayev/ Yaxın Şərqdəki Azərbaycanlılar Konqresi və törkdilli dövlətlərin siyasətinin dəstək Fondunun Yaxın Şərq şöbəsi fevralın 19-da İsraildə 1992-ci ildə Xocalıda baş verən faciənin ildönümünü qeyd etmək niyyətindədirlər. "Konqres İsrailin dövlət və siyasi strukturlarını cəlb etməklə ilk dəfə bu ölkədə rəsmi şəkildə Xocalı soyqırımını qeyd etmək niyyətindədir", - deyə Trend ə açıqlamasında Konqresin prezidenti Aleks Şapiro-Suliman bildirib.

Xocalı faciəsi 1992-ci ilin fevralın 26-da baş verib. Azərbaycanın rəsmi məlumatlarına əsasən faciəvi hadisələr zamanı 613 adam öldürülmüşdür (onlardan 106 qadın və 83 uşaq idi), 1275 nəfər əsir götürülüb, 150 - itkin düşüb, 487 adam isə əlil olub.

"Biz İsrail ictimaiyyətinin diqqətinə Xocalı faciəsi barədə daha çox həqiqət çatdırmağa çalışacağıq", -deyə Şapiro-Suliman bildirib. Onun sözlərinə görə, Xocalı faciəsi ildönümü Türkiyənin İsraildəki səfirliyinin dəstəyi ilə səfir Namik Tanın iqamətgahında keçiriləcək.

Aleks Şapiro-Suliman qeyd edib ki, tədbirdə İsrail siyasi elitası nümayəndələrinin, habelə parlament üzvlərinin iştirakı gözlənilir. Bakıdan bu tədbirə Ümumdünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmail Ağayevin rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağı nəzərdə tutulur.

"Həmin gün biz foto və videomaterialları nümayiş etdirəcəyik, Azərbaycanın tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi düşən Xocalı soyqırımı barədə həqiqətləri əks etdirən broşüraları, nəşrləri və CD diskləri paylayacağıq", - deyə Şapiro-Suliman vurğulayıb.

Xəbər lenti

Xəbər lenti