...

Azərbaycanın müdafiə naziri Qazaxıstanda keçiriləcək təlimləri müşahidə edəcək

Siyasət Materials 5 May 2008 13:27 (UTC +04:00)

Qazaxıstan, Astana, 05 may / " müxbir K.Konırova/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev mayın 6-da Qazaxıstanın Hərbi Hava Qüvvələrinin desant-hücum briqadasının açıq təlimlərində müşahidəçi qismində iştirak edəcək. Azərbaycanın Qazaxıstandakı səfirliyindən bu gün Trend a verilən məlumata görə, nazir Astanaya Qazaxıstanın Müdafiə İdarəsinin rəhbəri Danial Axmetovun dəvəti ilə bazar ertəsi axşam səfər edəcək.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müşahidə edəcəyi nümunəvi təlimlərdə Tacikistan və Qırğızıstan müdafiə nazirlərinin də iştirakı gözlənilir. Təlimlər "Sorokovaya" stansiyasında (Astanadan 20 km aralı) keçiriləcək.

Səfirlikdən bildiriblər ki, Azərbaycan və Qazaxıstan müdafiə nazirlərinin müdafiə sahəsində gələcək əməkdaşlıq yollarına dair müzakirələr aparacaqları istisna olunmur.

Səfər gündəliyində nümunəvi təlimlərdə iştirak etməklə yanaşı, Cənubi Qazaxıstan vilayətində Axmed Yasauli muzeyini ziyarət etmək də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti