...

Azərbaycan prezidenti bələdiyyələrin fəaliyyəti ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 9 May 2008 00:20 (UTC +04:00)

Azərbaycan, Bakı. 9 may / Trend / Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqinda sərəncam imzalayıb.

Sənədlə Nazirlər Kabinetinə tapşırılır ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının yeni Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin; müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin.

Xəbər lenti

Xəbər lenti