...

Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı artıb

Siyasət Materials 25 İyul 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Bu ilin altı ayında Azərbaycanda qeydə alınan insan alveri ilə bağlı cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə (244 cinayət) artıb. Bu barədə DİN-in kollegiya iclasında məlumat verilib. Məlumata görə, 2008-ci ilin yanvar-iyun aylarında insan alveri ilə bağlı cinayətlərə görə 218 nəfər məsuliyyətə cəlb olunub.

Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 2,4 dəfə (113 cinayət) artıb, həmin cinayətləri törədənlərin 51,8% (113) qadınlar təşkil edib. Həmçinin fahişəliyə cəlb etmə  və ya əxlaqsız yuvaları saxlama cinayəti də 83 fakt (185) artıb.

Bu ilin altı ayında Azərbaycanda 10338 cinayət faktı qeydə alınıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1371 fakt çoxdur. Cinayətlərin 9932-si daxili işlər orqanları tərəfindən qeydə alınıb.

Daxili işlər orqanları tərəfindən qeydə alınan cinayətlərin 4259-u böyük ictimai təhlükə törətməyən, 4517-i az ağır, 1156-ı ağır və xüsusilə ağır cinayətlər olub.

Qeydiyyata alınmış hər 2 cinayətdən 1-i az ağır, hər 6-sı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, hər 7-si oğurluq cinayəti  olub.

Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış cinayətlərin 90,4%, onlardan şəxsiyyət əleyhinə olan cinayətlərin 96,9%, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərin 96,3%, insan alveri ilə bağlı cinayətlərin 96,1%, narkotik vasitələrlə bağlı cinayətlərin 94,7%, dələduzluqla bağlı cinayətlərin 93,3%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin 92,5%, adam oğurluqları ilə bağlı cinayətlərin 88,9%, qəsdən adam öldürmə cinayətlərinin 84,6%, zorlama (cəhdlərlə) cinayətlərinin  83.3%, avtonəqliyyat qaçırılmaları ilə bağlı cinayətlərin 79,4%-nin açılması təmin edilib.

2008-ci ilin birinci yarımilliyində hədə-qorxu ilə tələb etmə cinayətləri 43,6%, avtonəqliyyat oğurluğu cinayətləri 38,5%, mənimsəmə və israf etmə cinayətləri 24,4% , qəsdən adam öldürmə cinayətləri 4,7%, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 4,2%, zorlama cinayətləri 2 dəfə, rüşvət cinayətləri 2 dəfə azalıb.

Daxili işlər orqanları tərəfindən hesabat dövründə  qanunsuz dövriyyədən 340  kiloqramdan artıq ( ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çox) narkotik vasitə götürülüb, 61,4 kq-a yaxın (-1,1 dəfə) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə respublikaya gətirilməsinin qarşısı alınıb.

Birinci yarımildə axtarışda olan təqsirləndirilən şəxslərin 1530-u, o cümlədən törədilmiş ağır və xüsusilə ağır cinayətlərin subyekti olan 193 nəfər tutulub, itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 879 şəxsdən 533-nün yeri müəyyən edilib.

2008-ci ilin yanvar-iyun aylarında 6627 şəxs cinayət məsuliyyətinə cəlb edilib, onlardan 818-i qadınlar, 186-ı yetkinlik yaşına çatmayanlar, 5546-ı işləməyən və təhsil almayan, 792-i əvvəllər məhkum edilmişlər olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti